Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının təşkilatçılığı ilə 5-ci Dünya Kyokuşin Karate Çempionatında keçirilir.
İdman.Biz-in Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan komandası 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsindən ibarət olmaqla ümumilikdə 20 nəfərlik heyətlə təmsil olunur.
Milli komandaya Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov və KWF -in nümayəndəsi Rza Mustafayev rəhbərlik edir. İdmançılar fərdi və komanda yarışlarında Azərbaycan bayrağını layiqincə təmsil edəcək, ölkəmizin karate sahəsində mövqeyini gücləndirməyə çalışacaqlar
Çempionat dekabrın 14-dək davam edəcək.
