VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan karateçisi finala vəsiqə qazanıb

Xəbərlər
12 Noyabr 2025 14:02
40
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan karateçisi finala vəsiqə qazanıb

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı 68 kq çəki kateqoriyasında həlledici görüşdə iştirak etmək hüququ qazanıb.

İrina Zaretska yarımfinalda Ekvatorial Qvineyadan olan rəqibi Anne Coralie Keitanı 6:3 hesabı ilə məğlub edib. Finalda isə o, Türkiyədən Eda Eltemurla qarşılaşacaq.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

İdman.Biz