Azərbaycanı təmsil edən daha bir cüdoçu Bratislavada (Slovakiya) gənclər arasında Avropa çempionu olub.
İdman.biz-in məlumatına görə, Azərbaycan yığmasına ikinci qızıl medalı final görüşündə fransalı Aleksis Renarı məğlub edən Məhəmməd Musayev (66 kq) gətirib.
Bundan əvvəl Nihad Məmişov (60 kq) Avropa çempionu olub, Nizami İmranov (66 kq) isə bürünc medal qazanıb.
****
19.16
Azərbaycan cüdoçusu Nizami İmranov (66 kq) Bratislavada (Slovakiya) keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.
İdman.biz-in məlumatına görə, İmranov bürünc medal uğrunda görüşdə israilli Şalef Kohanı məğlub edib.
Bundan əvvəl digər azərbaycanlı cüdoçu Nihad Məmişov (60 kq) qızıl medal qazanıb. Eyni zamanda, Fərid Qarayev (60 kq) üçüncü yer uğrunda mübarizədə uduzaraq beşinci olub.
****
18.40
Azərbaycan təmsilçisi Nihad Məmişovun 60 kq çəki dərəcəsində Bratislavada keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatının qalibi olub.
İdman.biz