Məşqçiliyə başlamağı hədəfləyən Azərbaycan millisinin sabiq cüdoçusu Orxan Səfərovun İdman.biz saytına müsahibəsi
- Yaponiyadakı seminarda iştirak etdiz. Bu, fikirlərinizi nə dərəcədə dəyişdi?
- Səfərdən əvvəl, açığı, özüm üçün çox şey kəşf edəcəyimi düşünmürdüm. 25 ildir cüdoda olduğum üçün hər şeyi bildiyimə inanırdım. Ancaq bu fikir məni yanıltdı. Yaponiyada gördüklərim müasir bir məşqçinin necə olduğu barədə fikirlərimi kökündən dəyişdi. Cüdo elmini dərk etmək üçün hələ çox şey öyrənməliyəm.
- Yəni gördükləriniz sizin üçün bir yenilik oldu?
- Məhz elədir. Hər şeydən öncə məni bu kurslara göndərən Azərbaycan Cüdo Federasiyasında təşəkkür edirəm. Seminar bir neçə mərhələdə keçirilib. Birinci hissə cüdo tarixinə, ikinci hissə isə məşqçinin işinə həsr olunmuşdu. Rəhbər komanda ilə yalnız tatamidə işləməli deyil, bundan əlavə zehni hazırlığa da sahib olmalıdır.
- Yəqin ki, parlaq karyeranızı nəzərə alaraq yaponlarla danışmaq üçün bir çox mövzunuz oldu?
- Hava limanında məni Yaponiya Cüdo Federasiyasının analitikasına cavabdeh olan nümayəndə qarşıladı və bildirdi ki, Rio-2016-dan öncə döyüşlərimi detallı şəkildə analiz edib. Mənim iştirakımla 15 görüşün epizodlarına yapon cüdoçuları tərəfindən baxıldı. Təəccübləndirə bildiyim Kosei İnoue ilə də söhbət etdik. Bu, uşaqlarla məşq edərkən onlara bəzi sirlərimi öyrətdikdən sonra baş verdi. Bundan sonra İnoue etiraf edib ki, Azərbaycan cüdoçularının məharətini həmişə yüksək qiymətləndirib, lakin o, hələ belə çox yönlü texnika görməyib. Bunu eşitmək məni çox sevindirdi.
- Bəs başqa hansı peşəkar mövzuları müzakirə etdiz?
- Seminar zamanı yaponlar bəzən təlim kursunun müxtəlif məsələlərinə dair baxışlarım barədə soruşurdular. Necə cavab verdiyimi, bu və ya digər aspektlərdə hansı fikirdə olduğumu maraqla dinlədilər. Bu yaxınlarda karyerasını bitirmiş və zəngin təcrübəsi olan bir idmançıdan cavab almaq onlar üçün vacib idi.
- Yaponiyada gördüklərinizin sizin motivasiyanıza təsir elədi?
- Yaponiyaya getməzdən əvvəl demək olar ki, istirahət edirdim. Hazırda ingilis dilini öyrənirəm və günüm yapon cüdo terminologiyasını öyrənməyimlə başlayır. Bundan əlavə, kurslar zamanı gündəlik yazmağa başladım, düşüncələrimi, təəssüratlarımı və hazırlıq proqramların buraya yazdım. Bütün bunlara gələcək üçün ehtiyacım olacaq.
- Azərbaycan yığması Tokioda bir neçə gündən sonra "Böyük Dəbilqə" turnirininə start verəcək. Komandamızdan gözləntiləriniz nədir?
- Hər gün zala gələndə uşaqların hansı formada olduğunu görürəm. Məşqlərə qatılmadığım üçün qiymətləndirmək çətindir. Komanda artıq üçüncü həftədir ki, Yaponiyadadır və yarışa başlamazdan əvvəl bir az yorğunluq yarana bilər. Düşünürəm ki, Tokioda Avropa çempionatında qələbələri ilə öz sözünü deyən Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) şansları yüksək olacaq. Yaşar Nəcəfov (66 kq) medala iddia edə bilər, həmçinin gənclər arasında qitənin ən güclüsü Nizami İmranov (60 kq) üçün isə "Böyük Dəbilqə" yaxşı bir sınaq olacaq.
- Təbii ki, çıxış etdiyiniz aşağı çəki dərəcəsi sizə daha yaxındır. Digər çəkilərlə bağlı nə deyə bilərsiz?
- Digər çəkilərdə parlaq idmançılarımız var. Yeni adlara nəzər salsaq, U-23 qitə çempionatında bürünc medal qazanan Məhəmməd Musayev diqqət yetirmək olar. Ruslan Paşayev da cəsarətli döyüşür. Hələ böyük turnirlərdə medal qazanmasa da, titullu rəqiblərindən çəkinmir. Nəticələr mütləq gələcək. Əlbəttə, Yaşar Nəcəfov Bakıda "Böyük Dəbilqə" qazanıb. Kəramət Hüseynovu da unutmaq olmaz.
- Gələn il üçün planlarınızı müəyyənləşdirmisiniz? Özünüzü məşqçilik sahəsində sınayacaqsınız?
- Planlar çoxdur. İlk növbədə, üzərində işlədiyim ingilis dilini təkmilləşdirmək istəyirəm. Həmçinin, Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq istəyirəm, xüsusən də, Bakıda fəaliyyət göstərir. Özümü daha da inkişaf etdirməyi hədəfləmişəm. İstəyirəm ki, cüdoda keçmiş xidmətlərimə görə deyil, indiki biliklərimə görə qiymətləndirilim.
Zəki Feyzullayev
İdman.biz