“Şamaxı” – “Kəpəz” oyunu ilə VIII tura START

Xəbərlər
17 Oktyabr 2025 09:16
58
“Şamaxı” – “Kəpəz” oyunu ilə VIII tura START

Bu gün Misli Premyer Liqasında VIII turun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, tura Şamaxıda start veriləcək.

İlk oyunda “Şamaxı” “Kəpəz”i qəbul edəcək. Meydan sahibləri 9 xalla turnir cədvəlinin 7-ci pilləsində, bütün oyunları uduzan Gəncə klubu isə sonuncu - 12-ci sırada qərarlaşıb.

Misli Premyer Liqası
I dövrə, VIII tur
17 oktyabr

14:30. “Şamaxı”– “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu

Qeyd edək ki, VIII tura oktyabrın 19-da yekun vurulacaq.

İdman.Biz

Məqalədə: