Cüdoçularımız Meksika Qran-prisində üç medal qazandılar - FOTO

Xəbərlər
18 Oktyabr 2025 09:40
57
Cüdoçularımız Meksika Qran-prisində üç medal qazandılar - FOTO

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-prisində iki qızıl medal qazanıblar.

İdman.Biz-in məlumatına görə, Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) Meksika turnirinin qalibi olublar.

Finalda Balabəy Ağayev Mişel Aqustoya qalib gəlib, Paşayev isə həlledici görüşdə finlandiyalı Lukas Sahadayanı üstələyib.

Digər cüdoçumuz Əhməd Yusifov (-60 kq) isə üçüncü yer uğrunda görüşdə fransalı Enzo Janı məğlub edərək bürünc medala yiyələnib.

Beynəlxalq Cüdo Federasiyası da sosial şəbəkə hesabındakı paylaşımında cüdoçularımızı təbrik edib.

İdman.Biz