Qvadalaxara Qran-prisində 73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Hidayət Heydərov finalda çexiyalı Husniddin Kərimovla qarşılaşıb.
İdman.Biz bildirir ki, Heydərov mübarizədə üstün gələrək, qızıl medal qazanıb.
03:25
Qvadalaxara Qran-prisində 73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Rəşid Məmmədəliyev bürünc medal uğrunda mübarizədə kanadalı Castin Lemire ilə qüvvəsini sınayıb.
İdman.Biz bildirir ki, Məmmədəliyev qarşılaşmada tam üstünlüklə qalib gələrək, bürünc medal qazanıb.
01:09
73 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən cüdoçu, Olimpiya çempionu Hidayət Heydərov Qvadalaxara Qran-prisində finala yüksəlib.
İdman.Biz bildirir ki, Heydərov ilk qarşılaşmasında finlandiyalı Valtteri Olindən üstün olub.
İkinci görüşdə isə o kanadalı cüdoçu Castin Lemireyə qalib gəlib. Yarımfinalda isə Heydərov venesuelalı Andres Priçedən güclü olub.
Finalda onun rəqibi çexiyalı Husniddin Kərimov olacaq.
Eyni çəki dərəcəsində çıxış edən başqa cüdoçumuz Rəşid Məmmədəliyev ilk qarşılaşmasında meksikalı Ulises Mendesə qalib gəlib.
Növbəti mərhələdə onun rəqibi slovakiyalı Martin Hoçak olub. Bu görüş də təmsilçimizin xeyrinə qurtarıb.
Yarımfinalda Məmmədəliyev Çexiyanı təmsil edən Husniddin Kərimovla rastlaşıb. Qarşılaşma çexiyalının qələbəsi ilə yekunlaşıb.
Rəşid bürünc medal uğrunda mübarizədə kanadalı Castin Lemire ilə qüvvəsini sınayacaq.
81 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Vüsal Qələndərzadə də finala yüksəlib.
Vüsal ilk qarşılaşmasında çilili Xorxe Peresə qalib gəlib. Növbəti mərhələdə o, ispaniyalı Xorxe Kano Qarsiadan üstün olub.
Üçüncü qarşılaşmasında Qələndərzadə amerikalı Dominik Rodrigesi məğlub edib.
Nəhayət yarımfinalda Vüsal italiyalı Leonardo Kasaqliaya qalib gəlib.
Finalda Qələndərzadənin rəqibi finlandıyalı Eetu İhanamaki olacaq.
81 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən digər cüdoçumuz Zelim Tçkayev ilk rəqibi meksikalı Gilberto Kardoso olub. Təmsilçimiz görüşdən qələbə ilə ayrılıb.
Növbəti qarşılaşmasında Zelim amerikalı Yohan Silotu məğlub edib.
Yarımfinalda finlandıyalı Eetu İhanamakiyə məğlub olan Tçkayev bürünc medal uğrunda mübarizədə ukraynalı Mixaylo Svidrakla qarşılaşacaq.