Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Xəbərlər
18 Oktyabr 2025 14:18
83
Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev yenidən Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib.

İdman.Biz-in əldə etdiyi məlumata görə, R.Nəbiyev federasiyada keçirilən hesabat-seçki konfransında səsvermə nəticəsində yenidən prezident seçilib.

Tədbir zamanı İcraiyyə Komitəsinin tərkibində də dəyişiklik edilib - Ağayar Axundzadənin yerinə olimpiya mükafatçısı Mövlud Mirəliyev komitə üzvü seçilib.

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə: