Meksikanın Qvadalaxara şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışı yekunlaşmaq üzrədir.
İdman.Biz xəbər verir ki, bu gün Azərbaycan millisinin üç idmançısı tatamiyə çıxıb.
90 kq çəki dərəcəsində çıxış edən Murad Fətiev təsəlliverici görüşdə slovakiyalı Aleks Barto üzərində qələbə qazanıb və bürünc medal uğrunda mübarizə aparacaq.
100 kq çəki dərəcəsində Zelim Kotsoyev yarımfinalda kanadalı Kayl Reyesi məğlub edərək finala adlayıb və “qızıl” medal uğrunda döyüşəcək.
+100 kq kateqoriyasında isə Uşangi Kokauri ABŞ təmsilçisi Aleks Semenenkoya qalib gələrək finala yüksəlib. Onun finaldakı rəqibi Çexiya cüdoçusu Lukas Krpalek olacaq.
23:47
Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pri turniri sona yaxınlaşır.
İdman.Biz xəbər verir ki, turnirin üçüncü - son günündə Azərbaycan millisinin üç idmançısı tatami üzərinə çıxıb. Onların arasında olimpiya çempionu Zelim Kocoev də var.
90 kq
Murad Fətiev yarışa İspaniya təmsilçisi Aaron Santamaria Rodrigez üzərində qələbə ilə başlayıb. 1/4 finalda onun rəqibi Braziliya təmsilçisi Gilyermo Şmidt olacaq.
100 kq
Zelim Kocoev İsrail idmançısı Yosif Simini məğlub edərək 1/4 finala yüksəlib.
+100 kq
Uşangi Kokauri start görüşündə Monako təmsilçisi Marven Gadoa üzərində qələbə qazanıb. 1/4 finalda onun rəqibi Fransa idmançısı Tieman Diyabi olacaq.