Hidayət Heydərov: “Dünən tənqid edirdilər, bu gün alqışlayırlar” - VİDEO

Xəbərlər
19 Oktyabr 2025 15:08
57
Hidayət Heydərov: “Dünən tənqid edirdilər, bu gün alqışlayırlar” - VİDEO

Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pridə qazandığı qızıl medal barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, cüdoçumuz bu barədə sosial şəbəkə hesabında tənqidlərə cavab olaraq emosional açıqlama verib:

“Dünən tənqid etdilər, bu gün alqışlayırlar. Mən dəyişmədim, sadəcə tatami danışdı”.

Qeyd edək ki, Heydərov beynəlxalq turnirin finalında Çexiya təmsilçisi Husniddin Karimovu məğlub edərək qalib adını qazanıb. Bu, onun Paris-2024 Yay Olimpiya Oyunlarından sonra ilk böyük qələbəsidir.

İdman.Biz