“Dünya səviyyəli ipponlar” - Bakıdakı “Böyük Dəbilqə” IJF-də

Xəbərlər
30 İyul 2025 17:17
50
“Dünya səviyyəli ipponlar” - Bakıdakı “Böyük Dəbilqə” IJF-də

Beynəlxalq Cüdo Federasiyası (IJF) ilin ilk yarısının yekunları barədə yazı təqdim edib.

İdman.biz xəbər verir ki, IJF mövsümün önəmli hadisələri arasında Bakıda keçirilən “Böyük Dəbilqə” turnirini də qeyd edib.

Yazıda vurğulanır ki, Dünya Cüdo Turu sürətli və həyəcanverici templə davam edir: "Yarışlar Bakı, Daşkənd, Avstriya, Tbilisi, Düşənbə və Astanada keçirilib. Hər turnirin öz sürprizləri, irəliləyişləri və dünya səviyyəli ipponları oldu.

Yay fasiləsi ilə birlikdə yarış dövrü qısa müddətə dayandığından diqqət gənclərə yönəlir: kadetlər arasında dünya çempionatı avqustun sonunda Sofiyada keçiriləcək. Bundan sonra isə Dünya Cüdo Turu sentyabrın 26-28-də "Qingdao Grand Prix 2025" ilə davam edəcək".

İdman.biz