Cüdo yığmamız beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb

Xəbərlər
8 İyul 2025 00:46
35
Cüdo yığmamız beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb

Cüdo üzrə gənc qızlardan ibarət milli komandamız Çexiyanın Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

İdman.biz xəbər verir ki, toplanış Avropa Cüdo Birliyi tərəfindən təşkil olunub.

Cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir.

Qeyd edək ki, 3 gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

İdman.biz