Davud Namazlı Praqada gümüş medal qazanıb

Xəbərlər
6 İyul 2025 23:57
34
Davud Namazlı Praqada gümüş medal qazanıb

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, yarışın ikinci - sonuncu günündə milli komandamızın bir üzvü fəxri kürsüyə yüksəlib.

100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı gümüş medal qazanıb.

Qeyd edək ki, turnirdə 32 ölkədən 428 cüdoçu mübarizə aparıb.

İdman.biz