İyunun 28-də Sumqayıtda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
İdman.biz xəbər verir ki, Cüdo Təlim Mərkəzində təşkil ediləcək imtahanda 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar iştirak edə bilər.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək. 🧾
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
İdman.biz