Bu gün Berlində gənc cüdoçular arasında Avropa kubokuna start verilir.
İdman.biz xəbər verir ki, turnirin startı ərəfəsində yarışın favoritlərini fərqləndirən Avropa Cüdo İttifaqı (EJU) Azərbaycan idmançısı Süleyman Şükürovu (81 kq) da qeyd edib.
EJU cüdoçumuzun ötən il Berlində titul qazanmağa çox yaxın olduğunu vurğulayıb: "Uzun illərdir Berlin bir çox istedadlı gənc və gələcək Olimpiya çempionları üçün arena olub. Güclü Avropa idmançıları ilə yanaşı, burada mütəmadi olaraq Panamerika və Asiyadan gəlmiş cüdoçular da iştirak ediblər.
Bəzi cüdoçular artıq Berlində fəxri kürsüyə qalxmağın nə demək olduğunu bilirlər.
Ən yüksək reytinqə sahib olan Süleyman Şükürov 81 kq çəki dərəcəsində gənclər arasında Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısı olaraq bu şəhərə geri qayıdır. O, ötən il Berlində titul qazanmağa çox yaxın idi. Bu dəfə isə daha yaxşı çıxış etmək niyyətindədir".
İdman.biz