“Bu, Azərbaycanın superqəhrəmanı Hidayət Heydərovun böyük qayıdışı olacaq”.
İdman.biz xəbər verir ki, Avropa Cüdo İttifaqı (EJU) Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında Olimpiya çempionumuzun gözlənilən çıxışına bu şəkildə reaksiya verib.
Qurum cüdoçumuzun dünya çempionatındakı mübarizəsini səbirsizliklə gözləyir: “Keçən il Hidayət dünya, Avropa və Olimpiya çempionatlarında qələbələr kolleksiyası topladı. O, titulunu qorumağa hazırlaşır, amma onu zirvədən salmaq istəyən iddiaçılar da olacaq. 2024-cü ilin dünya çempionatının gümüş mükafatçısı Tatsuki İşihara revanşa ümidlidir. Yaponiya təmsilçisi dünya tituluna 45 saniyədən də az bir vaxt məsafəsində idi, lakin Heydərov ötən il onu bu imkandan məhrum etdi”.
İdman.biz