Kişi cüdoçulardan ibarət Azərbaycan yığması dünya çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.
İdman.biz xəbər verir ki, cüdoçularımız Milli Komandaların Təlim-Məşq Mərkəzində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb olunublar.
Məşqlərin birinci hissəsi fiziki, ikinci mərhələsi isə texniki-taktiki hazırlıqdan ibarətdir.
Toplanışa performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç rəhbərlik edir.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında dünya çempionatı iyunun 13-20-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Azərbaycanı bu mötəbər turnirdə 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız, həmçinin qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.
İdman.biz