Azərbaycanın cüdo yığması Avropa kubokunu bir medalla başa vurub

Xəbərlər
1 İyun 2025 23:05
66
Azərbaycanın cüdo yığması Avropa kubokunu bir medalla başa vurub

Avstriyanın Qrats şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan komandası yarışda yalnız bir medal qazanıb.

Turnirin son günündə tatamiyə dörd azərbaycanlı cüdoçu çıxıb: Fəridə Mirzəyeva (48 kq), Xədicə Qadaşova (52 kq), Aytən Verdiyeva və Fidan Qasımova (hər ikisi 57 kq). Lakin onların heç biri mükafatçılar sırasına düşə bilməyib.

Komandamızın hesabına yeganə medalı yarışın ilk günündə +78 kq çəki dərəcəsində gümüş mükafatçı olan Nigar Süleymanova yazdırıb.

İdman.biz