Azərbaycanın iki cüdoçusu Avropa kubokunun qalibi olub

Xəbərlər
1 İyun 2025 20:59
58
Azərbaycanın iki cüdoçusu Avropa kubokunun qalibi olub

Azərbaycan idmançılarının uğurla çıxış etdiyi cüdo üzrə Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yarışın ikinci günündə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) mübarizə aparıb.

Könül Əliyeva və Gültac Məmmədəliyeva qızıl, Leyla Əliyeva isə bürünc medal qazanıblar.

Qeyd edək ki, daha əvvəl - turnirin ilk günündə Günel Həsənli 78 kq çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.

İdman.biz