Noyabrın 17-19-da Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatı keçiriləcək.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan 14 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunacaq.
Artıq komandamız çempionatla bağlı hazırlıqları başa vurub. Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov yığmaların təlim-məşq toplanışlarına baş çəkərək, onların hazırlıqları ilə maraqlanıb, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu edib.
Avropa çempionatında cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç, məşqçi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi İmamverdi Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
İdmançılar 17-18 noyabrda çempionatın fərdi yarışlarında, bir gün sonra isə komanda yarışlarında mübarizə aparacaq.
Çempionata qatılacaq yığmanın heyəti:
Qızlar
48 kq
Könül Əliyeva
52 kq
Aydan Vəliyeva
57 kq
Fidan Əlizadə
63 kq
Aytac Qardaşxanlı
70 kq
Südabə Ağayeva
78 kq
Nərmin Əmirli
+78 kq
Nigar Süleymanova
Oğlanlar
60 kq
Məhəmməd Musayev
66 kq
Aydın Rzayev
Qasım Vəlizadə
73 kq
Qadir Hüseynov
Nəriman Mirzəyev
81 kq
Məhərrəm İmamverdiyev
90 kq
İsmayıl Zamanov
100 kq
Ruslan Nəsirli
+100 kq
Kənan Nəsibov
Qeyd edək ki, çempionatda A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ədalət təmsilçiləri arasında yer alacaq
İdman.biz