Cüdoçular dünya çempionatına hazırlığın İspaniya mərhələsini başa vurublar

24 May 2025 14:14
301
Cüdoçular dünya çempionatına hazırlığın İspaniya mərhələsini başa vurublar

Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırlığın növbəti mərhələsini başa vurub.

İdman.biz xəbər verir ki, komanda son bir həftədə İspaniyanın Benidorm şəhərində Avropa Cüdo İttifaqının (EJU) düşərgəsində məşq keçib.

Dünya çempionatına birgə hazırlıqda iyirmidən çox ölkədən, o cümlədən Yaponiya, Almaniya, Fransa, Gürcüstan, İtaliyadan idmançılar iştirak edib.

Azərbaycan yığması məşqçilər korpusunun iyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək dünya çempionatı üçün heyəti yaxın günlərdə açıqlayacağı gözlənilir.

İdman.biz