Yaponiyanın cüdo komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində 2 qızıl, 4 gümüş və bir bürünc medal qazanıb.
İdman.biz xəbər verir ki, qalib komanda üç ay əvvəl Bakıda keçirilən "Böyük Dəbilqə"də də çempion olub.
Dota Arai (100 kq) və Hyoqa Ota (+100 kq) ilin əvvəlindən hərəyə iki qızıl medalı təmin ediblər.
Ehtimal ki, hər iki cüdoçu iyunda Budapeştdə keçiriləcək dünya çempionatında Yaponiya yığmasının heyətində olacaqlar.
İdman.biz