Almaniyanın paytaxtı Berlində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda ilk yarış gününə yekun vurulub.
İdman.Biz bildirir ki, Azərbaycan millisi günü bir medalla başa vurub. Rəsul Əlizadə (-60 kq) bürünc mükafat qazanaraq fəxri kürsüdə yer alıb.
İdmançımız üçüncü yer uğrunda görüşdə fransalı Lüsyen Tiksyeni məğlub edib.
Turnirə sabah yekun vurulacaq. Son yarış günündə isə yığmamızın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.
