Karyerasını bir müddət əvvəl başa vuran məşhur azərbaycanlı cüdoçu Rüstəm Orucov bir aylıq Yaponiyada səfərdə olub.
İdman.bizin məlumatına görə, idmançı bu barədə social şəbəkə səhifəsində yazıb.
O, bu müddətdə yapon cüdosunun əfsanəsi, Olimpiya çempionu Kosei İnoedən kurs aldığını vurğulayıb: “Bu inanılmaz fürsətə görə Yaponiya Park24 və Azərbaycan Cüdo Federasiyasına minnətdaram. Əfsanəvi cüdöçudan aldığım bir aylıq təhsil təcrübəmdə müsbətə doğru köklü dəyişikliklər etdi. Bu, mənim inkişafımda, daha da büxtələşməyimdə bir addım oldu”.
İdman.biz