Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Orucov və Səfərovdan Yaponiyada davam - İdman və Biz

Orucov və Səfərovdan Yaponiyada davam

Xəbərlər
20 Oktyabr 2023 17:05
270
Orucov və Səfərovdan Yaponiyada davam

İdman karyeralarını yenicə başa vuran Rüstəm Orucov və Orxan Səfərov Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə Yaponiyada keçirilən məşqçi seminarlarında iştiraklarını davam etdirirlər.

İdman.biz xəbər verir ki, onlar əvvəlcə yapon cüdosunun əfsanələrindən biri, Sidney Olimpiya çempionu Kosei İnouenin beynəlxalq məşqçilik kurslarında olublar.

Sonra isə Hiratsukada (Kanaqava prefekturasında) yerləşən Tokai Universitetinə gediblər. Bura zəngin cüdo ənənələri ilə məşhurdur və bir çox məşhur olimpiya və dünya çempionları bu Universitetdən çıxıb.

Orucov və Səfərov həm nəzəri, həm də praktiki məşğələlərdə iştirak edirlər.

Zəki Feyzullayev

İdman.biz