Zelim Kotsoyevin Böyük Dəbilqədə iştirak etməməsinin səbəbi açıqlanıb - VİDEO

9 Sentyabr 2026 18:11
543
Zelim Kotsoyevin Böyük Dəbilqədə iştirak etməməsinin səbəbi açıqlanıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev məşq zamanı aldığı zədə səbəbindən Macarıstan Böyük Dəbilqəsinin yekun heyətindən çıxarılıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından İdman.Biz-ə məlumat verilib.

Federasiyanın məlumatına görə, qərar tibbi heyətin rəyi əsasında qəbul edilib.

Hazırda Zelim Kotsoyevin mümkün qədər tez bərpa olunması və Bakıda keçiriləcək dünya çempionatında iştirak edə bilməsi üçün bütün zəruri tədbirlər görülür.

Bununla belə, yaranmış zədənin onun dünya çempionatına hazırlıq prosesinə müəyyən təsir göstərəcəyi istisna edilmir.

İdman.Biz