Yeniyetmə cüdoçularımız Riqada Avropa Kubokunda iştirak edəcək

Xəbərlər
19 Oktyabr 2023 13:13
115
Yeniyetmə cüdoçularımız Riqada Avropa Kubokunda iştirak edəcək

Oktyabrın 21-22 Latviyanın paytaxtı Riqada Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.

Cüdo Federasiyasından idman.biz saytına verilən məlumata görə, turnirdə 22 ölkədən 314 idmançı iştirak edəcək.

Azərbaycan yarışda oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcək. Onlar Riqada Bahadır Feyzullayev, Rüstəm Qasımzadə (hər ikisi 50 kq), Telman Abdullayev, Nihad Məmişov (hər ikisi 55 kq), Mirxaliq İskəndərov, Əhməd Rüstəmov (hər ikisi 60 kq), Ümid Qurbanov, Səid Şərifov, Səlim Sultanov (hər üçü 66 kq), Cəsur İbadlı, Əhməd Mehdiyev (hər ikisi 73 kq), Mehdi Abbasov, Hüseyn Eyvazlı, Əli Qazıməmmədov (hər üçü 81 kq), Sübhan Axundov və Rəsul Səmədliyə (hər ikisi +90 kq) şans verəcəklər

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov və B kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.