Rəşad Nəbiyev Zaqatalada yeni təmir edilmiş cüdo zalına baxış keçirib - FOTO

Xəbərlər
17 Oktyabr 2023 13:21
105
Rəşad Nəbiyev Zaqatalada yeni təmir edilmiş cüdo zalına baxış keçirib - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Zaqatala rayonunda Uşaq-Gənclər İdman Məktəbinin yeni təmir edilmiş cüdo zalına baxış keçirib.

İdman.biz xəbər verir ki, baxış zamanı Zaqatalada 350 nəfər gənc və yeniyetmənin cüdo ilə məşğul olması barədə məlumat verilib.

Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının fəaliyyətinin əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Görüşdə regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıb və müvafiq qərarlar verilib.

İdman.biz