Milli Avropa çempionatına Qazaxıstanda hazırlaşıb - FOTO

Xəbərlər
12 Oktyabr 2023 16:20
107
Milli Avropa çempionatına Qazaxıstanda hazırlaşıb - FOTO

Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.

İdman.biz xəbər verir ki, yerli yığma ilə birlikdə keçirilən hazırlıq prosesinə 100-ə yaxın idmançı qatılıb.

Təlim-məşq toplanışında Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət millinin 9 üzvü iştirak edib. Komandaya böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizov və böyük performans analitik Zaur Babayevin rəhbərlik edib.

Hazırlıq prosesi 17-19 noyabrda keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

İdman.biz