İlk gündə 3 medal - FOTO

Xəbərlər
26 May 2024 12:46
355
İlk gündə 3 medal - FOTO

Yeniyetmə cüdoçular arasında Koimbra Avropa Kubokuna start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançıları yarışın ilk günündə 3 medal qazanıb.

Millimiz aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb. Oğlanların mübarizəsində Nihad Rəhimov (60 kq) gümüş medal qazanıb, Özqan Quliyev isə 7-ci yerə çıxıb. 66 kq çəki dərəcəsində Səlim Sultanov gümüş, Kənan Sadıqov bürünc medal əldə edib, Ramil Mahmudov isə yarışı 5-ci yerdə başa vurub.

Qızlar arasında Aysun Məmmədova (52 kq) 5-ci yerə çıxıb.

Qeyd edək ki, kuboka bu gün yekun vurulacaq.

İdman.biz