Zelim Kotsoyev: “Çətin və uzun yol qət etmişəm” - VİDEO

Müsahibə
23 May 2024 20:41
567
Zelim Kotsoyev: “Çətin və uzun yol qət etmişəm” - VİDEO

BƏƏ-də dünya çempionu olan Azərbaycan cüdo yığmasının üzvü Zelim Kotsoyevin (100 kq) İdman.bizə müsahibəsi

- Zelim, qələbə münasibətilə təbrik edirik. Dünya çempionatında çempionluq necə hissdir?
-İnanılmaz hissdir, bunu sonra daha yaxşı başa düşəcəyəm. Yəqin ki, sakit anda nə baş verdiyini daha yaxşı anlayacam (gülür). Hazırda sadəcə tam xoşbəxtəm, bu məqsədə çatmaq üçün çətin və uzun yol qət etmişəm. Xüsusilə də, mövsümün startındakı ardıcıl iki uğursuzluq – Bakıdakı "Böyük Dəbilqə" və Zaqrebdəki Avropa çempionatından sonra.

- Finaldakı rəqibin Şadi Elnahas sənə kifayət qədər yaxşı tanış idi. Onunla yolların tez-tez kəsişir. Finala hazırlıq necə idi?
- O, çox yaxşı cüdoçudur və xüsusilə sol cinahdan uğurlu çıxış edir. Şadi ilə sonuncu dəfə ötən il Tokiodakı "Böyük Dəbilqə"də üz-üzə gəlmişdim. Orada kanadalı rəqiblə mübarizədə "vazzari" sayəsində taktika hesabına qələbə qazanmışdım. Yekunda turniri bürünc medalla başa vurmuşdum.

- Abu-Dabini sizə uğurlu məkan hesab etmək olar. Burada qazanılan ilk medal olmadığını nəzərə alsaq, şəhərin uğur gətirdiyini demək mümkündür?
- Burada 2019-cu ildə "Böyük Dəbilqə" turnirində finalda çıxış etmişdim. O vaxt həlledici döyüşdə koreyalı rəqibə uduzaraq, gümüş qazanmışdım. Abu-Dabiyə növbəti səfər mənə qızıl qazandırdı.

- Dünya çempionatlarında ardıcıl 3-cü dəfə medal qazanırsan. Bu sabitliyi nə ilə əlaqələndirmək olar?
- Bilirsiziniz, cüdo ilə məşğul olmağa başlarkən atam mənə "sənin dünya çempionu olmağını istəyirəm" demişdi. İndi mən onun və öz arzumu yerinə yetirdim. Bu barədə yığmanın baş məşqçisi Rixard Trautmana da dedim. O isə cavabında "görürsən, əsas inanmaqdı və hər şey alınacaq".

- Azərbaycan cüdosunun qızıl tarixinin bir hissəsi oldunuz. Uğurlu nəticələri necə izah edərdin?
- Biz daima dayanmadan çalışırq. Federasiya bizim üçün hər çür şəraiti yaradıb. Yalnız məşq etmək və qələbə qazanmaq tələb olunur. Əlbəttə, məşqçilərdən həkimlərə və inzibatçıya kimi vəhdət olan komandamızı qeyd etməliyəm. Hamı ümumi uğur üçün səy göstərir.

- Qələbə əhvalında Olimpiadaya hazırlaşacaqsan. Dünya çempionluğu sənə əlavə əminlik verəcək?
- Əlbəttə. Heç cür dayanmaq olmaz. Dünya çempionatından sonra 1 günlük istirahət edib yenidən məşqlərə start verəcəyəm. Davam edirik!

Zəki Feyzullayev,
İdman.biz