Tçkayev məğlub olub

Xəbərlər
21 May 2024 13:35
305
Tçkayev məğlub olub

BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günündə iki çəkidə mükafatçılar bəlli olacaq.

Kişilər 81 kq, qadınlar 63 kq çəkidə mübarizə aparacaq. Azərbaycan millisinin bir üzvü tatamiyə çıxıb.

Kişilər
81 kq

Zelim Tçkayev ilk görüşdə Antonio Esposito (İtaliya) ilə qarşılaşıb və məğlubiyyətə üzülüb.

Qeyd edək ki, mundialın ilk iki günündə Azərbaycan millisi 1 qızıl medal qazanıb. Hidayət Heydərov (73 kq) cüdo millimizin tarixinə ikinci dünya çempionu kimi düşüb.

İdman.biz

Məqalədə: