Cüdoçularımızın “Böyük dəbilqə”dəki rəqibləri müəyyənləşib

Xəbərlər
9 May 2024 14:55
Cüdoçularımızın “Böyük dəbilqə”dəki rəqibləri müəyyənləşib

Qazaxıstanın Astana şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan yığmasının 15 cüdoçusu iştirak edəcək.

İdmançılarımızın ilk görüşlərdəki rəqibləri müəyyənləşib.

Kişilər
60 kq

Əhməd Yusifov – Dauren Syukenov (Qazaxıstan)
Nazir Talıbov – Yonatan Çaron (Kuba)

66 kq
Kamran Süleymanov – Erbol Asasbekov (Qırğızıstan)
Ruslan Paşayev – Matej Polyak (Slovakiya)

73 kq
Rəşid Məmmədəliyev – Suleyman Hamad (Səudyyə Ərəbistanı)/Manuel Parlatti (İtaliya) cütünün qalibi
Vüsal Qələndərzadə - Arun Kumar (Hindistan)

81 kq
Ömər Rəcəbli – Nase Herkoviç (Sloveniya)/Ratbek Jumanazarov (Qırğızıstan)
Məhərrəm İmamverdiyev – Aurilyen Bonferoni (İsveçrə)

90 kq
Elcan Hacıyev – Ermahan Anuarbekov (Qazaxıstan)
Vüqar Talıbov – Muhammedali Mavlidov (Qazaxıstan)

+100 kq
Uşanqi Kokauri – Madi Eldibayev (Qazaxıstan)
Camal Qamzatxanov – David Kexvişvili (İspaniya)

Qızlar
48 kq

Leyla Əliyeva – Jibek Jaksıbay (Qazaxıstan)

57 kq
Açelya Toprak – Pixla Salonen (Finlandiya)
Fidan Əlizadə - Dina Muxanbat (Qazaxıstan)

İdman.biz

Məqalədə: