“Böyük Dəbilqə”: İlk gündə 2 cüdoçumuz bürünc qazanıb - YENİLƏNİB

Xəbərlər
22 Mart 2024 18:31
169
“Böyük Dəbilqə”: İlk gündə 2 cüdoçumuz bürünc qazanıb - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 8 üzvü tatamiyə çıxıb.

Onlardan 2 cüdoçumuz çıxışını bürünc medalla başa vurub. Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) 3-cü yeri tutublar.

Kişilər
60 kq

Turan Bayramov 1/16 finalda Andrea Karlino (İtaliya), ardınca İrakli Kupatadzeni (Gürcüstan) məğlub edərək 1/4 finala adlayıb. Bu mərhələdə fransalı Rişar Varnyeyə uduzan cüdoçumuz təsəlliverici görüşdə də yerli Giorgi Sardalaşvili ilə bacarmayıb.

Balabəy Ağayev 1/16 finalda Vicay Kumar Yadav (Hindistan), növbəti mərhələlərdə isə müvafiq olaraq, Soq-Oçir Byambaja (Monqolustan) və Tornike Tsjakadoea (Niderland) üzərində qələbələri sıralayaraq 1/2 finala vəsiqə qazanıb. Təəssüf ki, o, finala gedən yolda qazaxıstanlı Nurkanat Serikbayevə uduzub. Ağayev bürünc medal uğrunda Bayramova qalib gələn Sardalaşvili ilə üz-üzə gəlib və komanda yoldaşının qisasını alaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

66 kq
1/32 finaldan yarışa başlayan Ruslan Paşayev Giorgi Otiaşvili (Gürcüstan), Tal Fliker (İsrail) və Martin Sets (Almaniya) üzərində qələbələrlə 1/4 finala yüksəlib. O, bu mərhələdə Villian Limaya (Braziliya) uduzub. Təsəlliverici qarşılaşmada Ravşan Nasraddinova (AİN) qalib gələn cüdoçumuz 3-cü yer uğrunda Matteo Pirası (İtaliya) sınağa çəkib. Paşayev rəqibini məğlub edərək, b

Rəşad Yelkiyev 1/16 finalda Olu Kubaniçbek Aybek (Qırğızıstan), ardınca Sərdar Rəhimovu (Türkmənistan) məğlub edərək 8 ən güclü sırasına vəsiqə qazanıb. Lakin o, uğurlu seriyanı davam etdirə bilməyib. Yelkiyev İvan Çernixə (AİN) uduzub. Təsəlliverici görüşdə Matey Polyaka (Slovakiya) qalib gələn Rəşad bürünc medal uğrunda Villian Lima ilə münasibətinə aydınlıq gətirib. Braziliyalı bu dueldən də üstün ayrıldığı üçün həmyerlimiz 5-ci olub.

Qadınlar
48 kq

Leyla Əliyeva 1/16 finalda Katarina Tanzerə (Avstriya) qalib gəlib. O, Yuliya Semikolenkova (AİN) ilə dueldən məğlub ayrılıb.

52 kq
Gültac Məmmədəliyeva 1/16 finalda mübarizəni dayandırıb. O, Binta Ndiaye (İsveçrə) ilə bacarmayıb.

57 kq
Acelya Toprak 1/32 finalda Nino Loladzeyə (Gürcüstan) qalib gəlsə də, Kriste Dequçiyə (Kanada) uduzub.

Fidan Əlizadə isə 1/16 finalda İrina Zuyevaya (AİN) məğlub olub.

Qeyd edək ki, martın 24-də başa çatacaq turnirdə Azərbaycan millisi 15 cüdoçu ilə təmsil olunur.

İdman.biz

Məqalədə: