AVRO-nun ilk günündə Azərbaycan cüdoçuları mükafatların tam dəstini qazanıblar

Xəbərlər
7 Sentyabr 2023 19:53
92
AVRO-nun ilk günündə Azərbaycan cüdoçuları mükafatların tam dəstini qazanıblar

Azərbaycanın gənclərdən ibarət cüdo yığması Haaqada keçirilən dünya çempionatının ilk günündə mükafatların tam dəstini qazanıb.

İdman.biz qeyd edir ki, qızıl medalı finalda Conatan Veksleri (İsrail) məğlub edən Nizami İmranov (60 kq) qazanıb.

Aydın Rzayev (66 kq) həlledici görüşdə gürcüstanlı Tenqo Zerakaşviliyə uduzaraq gümüş medal qazanıb.

Bürünc medalı italiyalı Mixaela Skakovellini məğlub edən Aydan Vəliyeva (52 kq) qazanıb.

Gənclər arasında AVRO-da 43 ölkədən 366 cüdoçu mübarizə aparır.

---------

16:34

Azərbaycan cüdoçuları Nizami İmranov (60 kq) və Aydın Rzayev (66 kq) Haaqada keçirilən gənclər arasında dünya çempionatında finala yüksəliblər.

İdman.biz qeyd edir ki, İmranov finala gedən yolda dörd görüş keçirib və növbə ilə Sebastyan Kolları (Macarıstan), Xristo Xristovu (Bolqarıstan), Aşik Andreyanı (Ermənistan) və Olivye Naerti (Belçika) məğlub edib. Finalda Nizami ilə Conatan Veksler (İsrail) qarşılaşacaq.

Rzayev öz növbəsində AVRO-da Antonin Dvoraçek (Çexiya), Dani Klaçarı (Xorvatiya), Boyan Yotov (Bolqarıstan) və İbrahim Dəmirəli (Türkiyə) məğlub edib. Onun rəqibi bir az sonra müəyyənləşəcək.

Aydan Vəliyeva (52 kq) yarımfinalda Giulia Karneyə (İtaliya) məğlub olaraq bürünc uğrunda mübarizə aparacaq. Onun rəqibi daha bir italyan - Mikaela Şiakovelli olacaq.

Nicat Zəkiyev

İdman.biz