Məktəblilərin cüdo yarışında 200-dən artıq idmançı iştirak edəcək

17 İyun 2026 21:17
115
Məktəblilərin cüdo yarışında 200-dən artıq idmançı iştirak edəcək

İyunun 23-də Abşeron Olimpiya İdman Kompleksində Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində cüdo yarışı keçiriləcək.

İdman.Biz bildirir ki, yarışda 34 klub və idman cəmiyyətindən olan 228 yeniyetmə cüdoçu (169 oğlan, 59 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Azərbaycanda ilk dəfə keçiriləcək multi-idman turniri Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə baş tutacaq.

Bu layihə məktəblilər arasında idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə, fiziki hazırlığın yüksəldilməsinə və istedadlı gənclərin üzə çıxarılmasına xidmət edir.

İdman.Biz