Bakıda yeni cüdo zalı istifadəyə verilib - FOTO

Xəbərlər
4 Sentyabr 2023 17:12
80
Bakıda yeni cüdo zalı istifadəyə verilib - FOTO

Sentyabrın 3-də Bakı şəhərinin Nizami rayonunda "DOJO Sports Academy" idman klubunun yeni cüdo zalının açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri Natiq Bağırov, digər ictimaiyyət nümayəndələri, idmançılar və yerli sakinlər iştirak ediblər.

Tədbir zamanı vurğulanıb ki, bu cür idman klublarının fəaliyyəti yeniyetmələrə və gənclərə sağlam həyat tərzinin aşılanması və onların asudə vaxtlarını səmərəli keçirməsi üçün vacib əhəmiyyət kəsb edir.

Yeni müasir avadanlıqlarla təchiz edilən cüdo zalının ümumi sahəsi 230 m2 təşkil edir və burada idmançılar üçün bütün zəruri şərait təmin edilib.

Ünvan: Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsi 47A

İdman.biz