BCF rəsmisi: “Bakıda keçirilən hakim toplantısı prosesin vacib hissəsidir”

Xəbərlər
16 Fevral 2024 13:41
112
BCF rəsmisi: “Bakıda keçirilən hakim toplantısı prosesin vacib hissəsidir”

“Azərbaycan keçmiş idmançıları məşqçilik və hakimlik yolu ilə fəaliyyətə cəlb edərək gözəl addımlar atır. Onlar həm performans, həm tədris, həm də hakimlik baxımından irəliyə gedirlər”.

İdman.biz xəbər verir ki, bunu Beynəlxalq Cüdo Federasiyasının (BCF) baş hakimi Daniel Florin Laskau deyib.

Dünya Cüdo Turu seriyasının bütün yarışlarında olduğu kimi, Bakı “Böyük Dəbilqə”si ərəfəsində də hakimlərin toplantısı keçirilir. Laskau Cüdo Təlim Mərkəzində təşkil olunan yığıncaqda bildirib ki, nəzarətçiləri və baş hakimləri qərarların qəbulunun keyfiyyətini və ümumi hakimlik prosesinin keyfiyyətini təmin etmək üçün buradadırlar: “Bakıda keçirilən hakim toplantısı bu prosesin vacib hissəsidir və hamımızın eyni dərəcədə hazırlıqlı olmağımıza kömək edir”.

Azərbaycan Cüdo Federasiyasının Baş katibi Rəşad Rəsullu isə seminarın Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib: “Federasiya olaraq biz hakimliyə çox diqqət yetiririk və bu işdə BCF-in hakimlər korpusu bizə kömək edir. Bütün hakimlərə uğurlar arzulayırıq, çünki onlar cüdonun qaydalarını və ədalətli yarışma prinsiplərini qorumaqla yanaşı, həm də olimpiya seçimindən uğurla keçməyə çalışırlar”.

Daha sonra Laskau günortadan sonrakı tədrisin məzmununun çatdırılmasına rəhbərlik edib. Qeydə alınmış çoxsaylı situasiyaları əks etdirən nümunələr göstərilib ki, xalların verildiyi və ya verilmədiyi vəziyyətlər arasında çox zaman olduqca nazik sərhəd var.

Toplantıda bütün proses boyu tatami üzərində məşğələlər, videolara baxışlar, birgə müzakirələr keçirilib və belə bir fəlsəfə möhkəmləndirilmiş olub ki, həmişə, həm də ən yaxın situasiyalarda düzgün qərar qəbul etmək, bu qərar üçün sübuta malik olmaq vacibdir.

İdman.biz

Məqalədə: