“Söz verirəm” "Evrika"da - FOTO

Xəbərlər
24 Yanvar 2024 16:08
132
“Söz verirəm” "Evrika"da - FOTO

Ötən il noyabrın 2-dən etibarən Azərbaycan Cüdo Federasiyası (ACF) “Azercell” Telekom ilə birgə keçirtdiyi “Söz verirəm” kampaniyası Gəncə və Sabirabadda cüdo kəmərləri üzrə imtahanlarda iştirak edən 4000-dən çox uşaq da daxil olmaqla 20 məktəbi əhatə edib.

İdman.biz xəbər verir ki, ACF kampaniyanı fəal şəkildə genişləndirərək "Evrika" liseyində maarifləndirici sessiya keçirib.

Sessiyada “Bullying”in mənası, onun potensial riskləri və ona qarşı durmağın əhəmiyyəti müzakirə edilib. Hər uşağa “Söz verirəm” sertifikatı, maarifləndirici kitabça və qolbaqlar verilib.

Qeyd edək ki, kampaniya ümumilikdə 7 000 uşağa təsir etmək məqsədi daşıyır.

İdman.biz

Məqalədə: