Çüdoçularımızın Çin turnirində rəqibləri məlum olub - YENİLƏNİB

25 İyun 2026 11:52
580
Çüdoçularımızın Çin turnirində rəqibləri məlum olub - YENİLƏNİB

İyunun 25-də Çinin Sindao şəhərində cüdo üzrə Qran-pri turnirinin püşkatma mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.

Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycan 10 çəki dərəcəsində 17 cüdoçu ilə (11 kişi, 6 qadın) təmsil olunacaq. Turnirdə 57 ölkədən 500 idmançı mübarizə aparacaq.

26-28 iyun tarixlərində keçiriləcək Sindao Qran-Prisində ilk yarış günü təsnifat mərhələsi saat 05:00-da, final bloku isə saat 13:00-da start götürəcək. Turnirin görüşləri “Judo TV” və “CBC Sport”dan canlı yayımlanacaq.

Kişilər
60 kq, 1/16 final

Əhməd Yusifov – Dilşot Xalmatov (Ukrayna)
Balabəy Ağayev – Artem Lesyuk (Ukrayna)

66 kq, 1/32 final
Tofiq Məmmədov – Lin Çenq (Çin)

66 kq, 1/16 final
Ruslan Paşayev – Salih Yıldız (Türkiyə) / Ziyanq Şüe (Çin) cütünün qalibi ilə

73 kq, 1/16 final
Rəşid Məmmədəliyev – Natan Kadinyan (Fransa) / Minqxao Canq (Çin) cütünün qalibi ilə

81 kq, 1/16 final
Hidayət Heydərov – Xose Mariya Mendiola İskiyeta (İspaniya) / David Lima (Braziliya) cütünün qalibi ilə

Zelim Tçkayev – Enxtör Cuqderqarav (Monqolustan) / Oskari Makinen (Finlandiya) cütünün qalibi ilə

90 kq, 1/16 final
Aslan Kotsoyev – Yaqor Varapayev (Belarus)
Murad Fətiyev – Şuo Li (Çin)

+100 kq, 1/8 final
Camal Qamzatxanov – Donq Lin (Çin) / Silven Lorenso Aqro (İtaliya) cütünün qalibi ilə
Uşanqi Kokauri – Juyşüan Li (Çin) / Tamerlan Başayev (Rusiya) cütünün qalibi ilə

Qadınlar
48 kq, 1/16 final

Könül Əliyeva – Jana Sid Balsels (İspaniya)
Şəfəq Həmidova – Abiba Abujakınova (Qazaxıstan)

52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Kinqa Klimçak (Polşa)
Leyla Əliyeva – Aleksandra Kaleta (Polşa)

63 kq, 1/16 final
Fidan Əlizadə – Dali Liluaşvili (Rusiya)

70 kq, 1/32 final
Südabə Ağayeva – Şirincon Yuldoşova (Özbəkistan)

09:38

Cüdo üzrə “Paris-2024” Olimpiadasının çempionu, dünya çempionu və dördqat Avropa çempionu olan Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək Qran-pridə fərqli çəki dərəcəsində mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançı 81 kq-da çıxış edəcək.

Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda ölkənin 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Üç gün davam edəcək turnirdə 58 ölkədən 502 cüdoçu (267 kişi, 235 qadın) tatamiyə çıxacaq.

Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Kişilər
60 kq

Əhməd Yusifov
Balabəy Ağayev

66 kq
Ruslan Paşayev
Tofiq Məmmədov

73 kq
Rəşid Məmmədəliyev

81 kq
Hidayət Heydərov
Zelim Tçkayev

90 kq
Aslan Kotsoyev
Murad Fətiyev

+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri

Qadınlar
48 kq

Könül Əliyeva
Şəfəq Həmidova

52 kq
Gültac Məmmədəliyeva
Leyla Əliyeva

63 kq
Fidan Əlizadə

70 kq
Südabə Ağayeva

Qeyd edək ki, Zelim Kotsoyev (100 kq) və Madina Kaisinova (+78 kq) zədə səbəbindən iyunun 26-28-də baş tutacaq turniri buraxacaqlar.

Xatırladaq ki, Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Monqolustanın paytaxtı Ulan-Batorda keçirilmiş “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyib. O, böyüklərin yarışında bütün medallarını 73 kq-da qazanıb.

İdman.Biz