Cüdo məşqçiləri üçün I dan dərəcəsi üzrə seminar keçirilir

24 İyun 2026 23:45
70
Cüdo məşqçiləri üçün I dan dərəcəsi üzrə seminar keçirilir

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün I dan dərəcəsi üzrə seminar start götürüb.

İdman.Biz bildirir ki, “Atilla” İdman Klubunda təşkil olunan təlimlərə ümumilikdə 30 məşqçi cəlb olunub.

Məşğələlər federasiyanın Təhsil şöbəsinin ekspertləri Rafiq Nəcəfov, İsmayıl Rzayev, İbrahim Aslanov, Elçin Mayılov və Natiq Qurbanlı tərəfindən aparılır.

Təlim çərçivəsində iştirakçılara “nage-no-kata” üzrə nəzəri və praktiki biliklər təqdim olunur, onların peşəkar bacarıqlarının inkişafına dəstək göstərilir.

Seminarın sonunda imtahanı uğurla başa vuran məşqçilərə I dan dərəcəsi təqdim olunacaq.

İdman.Biz