Qusar yeniyetmə cüdoçuların region birinciliyinə ev sahibliyi edəcək

24 İyun 2026 17:20
87
Qusar yeniyetmə cüdoçuların region birinciliyinə ev sahibliyi edəcək

27-28 iyunda Qusarda 14 və 17 yaşadək cüdoçular arasında Şimal bölgəsi üzrə region birincilikləri keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Qusar Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda ümumilikdə 172 cüdoçu mübarizə aparacaq.

Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

Qeyd edək ki, U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

İdman.Biz