Nilgün Rzayeva Avropa Kubokunda üçüncü olub - FOTO

8 Avqust 2026 21:23
786
Nilgün Rzayeva Avropa Kubokunda üçüncü olub

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günü başa çatıb.

İdman.Biz bildirir ki, ilk gündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.

-63 kq çəki dərəcəsində çıxış edən Nilgün Rzayeva üçüncü yer uğrunda görüşdə rumıniyalı Maya Adamaçiyə qalib gələrək bürünc medal qazanıb.

Sabah turnirdə daha 10 cüdoçumuz mübarizəyə qoşulacaq.

İdman.Biz