27-28 iyun tarixlərində Çexiyanın paytaxtı Praqada cüdo üzrə böyüklər arasında Avropa açıq turniri keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilir ki, ölkəmiz yarışda beş çəki dərəcəsində 15 kişi cüdoçu ilə təmsil olunacaq.
Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 38 ölkədən 444 idmançı mübarizə aparacaq.
Kişilər
60 kq
Murad Əliyev
Babarəhim Mirzəyev
66 kq
İslam Rəhimov
Nazir Talıbov
Hüseyn Allahyarov
Yaşar Nəcəfov
Rəşad Yelkiyev
Elşən Əsədov
73 kq
İbrahim Əliyev
Kamran Süleymanov
Rüfət Şövlətov
Nəriman Mirzəyev
90 kq
Xəyyam Əliyev
100 kq
Elmar Qasımov
Əjdər Bağırov
