Bu gün Abşeron Olimpiya İdman Kompleksində Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində cüdo yarışı keçirilir.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilir ki, yarışda 36 idman məktəbindən 209 məktəbli cüdoçu (157 oğlan, 52 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparır.
Azərbaycanda ilk dəfə keçirilən multi-idman turniri Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə baş tutur.
Bu layihə məktəblilər arasında idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə, fiziki hazırlığın yüksəldilməsinə və istedadlı gənclərin üzə çıxarılmasına xidmət edir.
Yarışın görüşləri Azərbaycan Cüdo Federasiyasının rəsmi "YouTube" kanalından canlı yayımlanır.
Tatami 1:
Tatami 2:
Tatami 3:
