Azərbaycan Avropa Kubokunu 24 medalla başa vurdu

5 Aprel 2026 16:51
260
Azərbaycan Avropa Kubokunu 24 medalla başa vurdu

Gəncədə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku başa çatıb.

İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə səkkiz çəki dərəcəsində – dördü oğlanlar, dördü isə qızlar arasında olmaqla medallar oynanılıb.

Azərbaycan yığmasını turnirin son günündə 43 idmançı təmsil edib. Yusif Nəzər (73 kq) və Yaqub Məmmədov (81 kq) qızıl medallara sahib çıxıblar. Gümüş mükafatı isə komandamıza Sadıq Məmmədov (73 kq) qazandırıb.

Bürünc medalları Akif Məmmədli (73 kq), Polad Həsənli və Amin Mehdiyev (hər ikisi 81 kq), Ömər Axundov və Nurəddin Əliyev (hər ikisi 90 kq), Hüseyn Hüseynov və Tamerlan Əliyev (hər ikisi +90 kq), həmçinin Məsumə Məmmədli (70 kq) əldə ediblər.

Ümumilikdə turnirin yekununda Azərbaycan cüdoçuları 24 medal – üç qızıl, beş gümüş və 16 bürünc qazanıblar.

Qeyd edək ki, yarışda 10 ölkədən 269 cüdoçu mübarizə aparıb.

İdman.Biz