Yeniyetmə cüdoçular arasında Avropa Kubokunda son yarış günü

5 Aprel 2026 11:01
395
Yeniyetmə cüdoçular arasında Avropa Kubokunda son yarış günü

Gəncədə keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kuboku bu gün başa çatacaq.

İdman.Biz xəbər verir ki, yarıışın ikinci günündə oğlanlar 73 kq, 81 kq, 90 kq, +90 kq, qızlar 57 kq, 63 kq, 70 kq, +70 kq-da mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan turnurin ilk günündə Azərbaycan cüdoçuları 13 medal əldə ediblər.

İdman.Biz