3 reytinqin lideri - Hidayət Heydərov

Xəbərlər
29 Dekabr 2023 15:08
213
3 reytinqin lideri - Hidayət Heydərov

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) bu il het-trikə imza atıb.

İdman.biz xəbər verir ki, üçqat Avropa çempionu mövsümü təkcə dünya reytinq cədvəlində deyil, həm də Olimpiya və Avropa təsnifatlarını lider kimi başa vurub.

Olimpiya və dünya reytinqlərində Heydərovun ən yaxın izləyicisi yaponiyalı Soiçi Haşimoto, qitə reytinqində isə gürcüstanlı Laşa Şavdatuaşvilidir.

İdman.biz