Rəşad Nəbiyev “Böyük Dəbilqə” turnirində yeddi medal qazanan cüdoçuları təbrik edib - FOTO

2 Mart 2026 09:58
109
Rəşad Nəbiyev “Böyük Dəbilqə” turnirində yeddi medal qazanan cüdoçuları təbrik edib - FOTO

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində yeddi medal qazanan millinin üzvlərini təbrik edib.

İdman.Biz xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

R.Nəbiyev cüdoçuları əlamətdar nailiyyət münasibətilə təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, “Böyük Dəbilqə”də dörd qızıl, bir gümüş və iki bürünc olmaqla ümumilikdə yeddi medal qazanan Azərbaycan cüdoçuları komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutub.

İdman.Biz