Azərbaycan cüdoçuları İspaniyada gənclər arasında keçiriləcək Avropa Kubokunda qüvvələrini sınayacaqlar

25 Fevral 2026 14:55
98
Azərbaycan cüdoçuları İspaniyada gənclər arasında keçiriləcək Avropa Kubokunda qüvvələrini sınayacaqlar

Azərbaycan qadın cüdoçuları fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, Avropa Cüdo Birliyi tərəfindən təşkil olunacaq turnirə Azərbaycanın üç çəki dərəcəsində altı cüdoçusu qatılacaq.

Yığmaya qadınlardan ibarət komandanın baş məşqçisi Saşa Herkenrat-Vimar başçılıq edəcək.

Yarışda ümumilikdə 23 ölkəni təmsil edən 532 idmançı medallar uğrunda rəqabət aparacaq.

Heyəti təqdim edirik:
Qızlar
52 kq

Çinarə Sadıqova

Fəridə Mirzəyeva

Aysun Məmmədova

Nuranə Hacızadə

57 kq

Vüsalə Hacıyeva

63 kq

Nilgün Rzayeva

İdman.Biz